İlk qızıl medalı türkiyəli idmançı qazandı

İlk qızıl medalı türkiyəli idmançı qazandı
  13 May 2017    Oxunub:1640
IV İslam Həmrəyliyi Oyunlarının ilk qızıl medalını Türkiyə təmsilçisi qazanıb.
AzVision.az xəbər verir ki, kişilər arasında atıcılıq yarışında 10 metr məsafədən pnevmatik tüfənglə atəş açma yarışında Türkiyə idmançısı Akgün Ömər hamıdan üstün nəticə göstərib.

Belə ki, Türkiyə təmsilçisi yarışda 249,8 xalla qızıl medala sahib olub.

Munna Rabbi Hasan (Banqladeş)245,5 xalla ikinci,Səidxan Sayfuddınov (Özbəkistan) isə 224.1 xalla üçüncü olub.

AzVision.az


Teqlər: İslamiada   Çempion   Türkiyə  





Xəbər lenti