5 xanım cüdoçumuz finalda - Yenilənib
Qadın cüdoçumuz finalda Ratiba Tariket (Əlcəzair) – Nazlıcan Özərlər (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.
***
Azərbaycanın qadın cüdoçusu Erdenebat Bazarraqça (48) “Bakı-2017”-də keçirdiyi ikinci görüşündə qələbə qazanaraq finala yüksəlib.
AzVision.az-ın məlumatına görə, çüdoçumuz bu dəfə Mərakeş idmançısı İdrissi Şofri Vafaeni məğlub edib.
Qeyd edək ki, onun finaldakı rəqibi digər təmsilçimiz Aişə Qurbanlı olacaq.
***
IV İslam Hərməyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda Azərbaycanın qadın cüdoçusu Xanım Hüseynova 63 kq çəki dərəcsində finala vəsiqə qazanıb.
AzVision.az-ın məlumatına görə, yarımfinalda cüdoçumuz tunisli idmançı Məryəm Bjaoui ilə görüşdən qalib ayrılıb.
Qeyd edək ki, təmsilçimiz Busra Katipoglu (Türkiyə) - Amina Belkadi (Əlcəzair) cütlüyünün qalib ilə finalda qarşılaşacaq.
***
Xanım cüdoçumuz Nəzakət Əzizova IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda finala çıxıb.
O, 57 kq çəki dərəcəsində özbəkistanlı rəqibi Diyora Keldiyoranı məğlub edib.
***
Xanım cüdoçumuz IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda finala çıxıb.
AzVision.az xəbər verir ki, Aişə Qurbanlı 48 kq çəki dərəcəsində yarımfinalda iordaniyalı cüdoçu Aiah Kitaneh ilə qarşılaşıb.
İdmançımız rəqibi üzərində qələbə qazanaraq finala yüksəlib.
***
İlk olaraq 9 çəki dərəcəsində cüdoçular yarışa qoşulacaq.
Kişilərin mübarizəsində 60, 66 və 73 kq, qadınlarda 48, 52, 57 və 60 kq, paracüdoda isə qadınlar 57 və 70 kq çəki dərəcəsində qalibləri müəyyənləşdirəcəklər.
Kişilər
60 kq
İlk mərhələdən azad olan Orxan Səfərov mübarizəyə 1/4 finalda başlayacaq. Cüdoçumuzun ilk rəqibi Ali Xosrof (Yəmən)/Moktar Alassane (Nigeriya) cütünün qalibi olacaq.
66 kq
Nicat Şıxəlizadə yarışa 1/4 finaldan qoşulacaq. Nicatın rəqibi Eisa Macraşi (Səudiyyə Ərəbistanı)/Muhammed Mohsen (Fələstin) mübarizəsinin qalibi olacaq.
73 kq
Bu çəkidə iki idmançımız mübarizə aparacaq. Hidayət Heydərov 1/8 finalda Frederik Adebayo (Toqo) ilə qarşılaşacaq. Rüstəm Orucov da 1/8 finaldan yarışlara start verəcək. Onun rəqibi Uzeir Mohd Fikri (Malaziya)/Behrusi Xocazadə (Tacikistan) cütünün qalibi olacaq.
Qadınlar
48 kq
Bu çəki dərəcəsində iki idmançımız mübarizə aparacaq. Aişə Qurbanlı yarımfinalda iordaniyalı Ayah Kitane ilə görüşəcək. Digər təmsilçimiz Erdenebat Bazarraqça isə Səltənət Sultanbekova (Qazaxstan) və Vafai Şofre İdrissi (Mərakeş) ilə birlikdə dairəvi sistemlə ikinci finalçının adına aydınlıq gətirəcəklər.
52 kq
Yarışa 1/4 finaldan start verəcək Nəzakət Əzizovanın rəqibi Ester Korine Evala Bondime (Qabon) olacaq.
57 kq
Bu çəkidə də iki cüdoçumuz mübarizə aparacaq. Munxtsedev İçinxorlu 1/8 finalda iordaniyalı Hadel Elalmi ilə görüşəcək. Kifayət Qasımova da ilk olaraq 1/8 finaldan başlayacaq. Cüdoçumuz ilk olaraq mərakeşli Yusra El Buhari ilə qarşılaşacaq.
63 kq
Xanım Hüseynova yarışa 1/4 finalla start verəcək. Onun ilk rəqibi Ayna Cumaquliyeva (Türkmənistan) olacaq.
Qeyd edək ki, cüdo yarışları mayın 13-16-da Heydər Əliyev adına Bakı İdman Sarayında keçiriləcək.
AzVision.az
Teqlər: Cüdo İslamiada Bakı-2017