“Çelsi” İngiltərə çempionu oldu

“Çelsi” İngiltərə çempionu oldu
  13 May 2017    Oxunub:2831
“Çelsi” klubu İngiltərə Premyer Liqasında 2016/2017 mövsümünün qalib olub.
AzVision.az xəbər verir ki, Antonio Kontenin komandası mövsümün sonuna iki tur qalmış çempionluğu təmin edib.

Məlumata əsasən “Vest Bromviç”lə qarşılaşan Çelsi 82-ci dəqiqədə Mişi Batşuayın vurduğu qolla rəqibinə qalib gəlib.

London təmsilçisi bununla xalını 87-ə yüksəldərək ən yaxın izləyicisi “Tottenhem”i 10 xal qabaqlayıb.

Qeyd edək ki, bu, "Çelsi"nin 6-cı çempionluğudur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Çelsi   İngiltərə  





Xəbər lenti