Üç boksçumuz rinqə çıxır

Üç boksçumuz rinqə çıxır
  13 May 2017    Oxunub:1405
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları davam edəcək.
AzVision.az-ın məlumatına görə, daha üç boksçumuz rinqə çıxacaq.

52 kq çəki dərəcəsində çıxış edən Məsud Yusifzadənin ilk rəqibi türkiyəli Ömər Koç olacaq.

75 kq çəki dərəcəsində yarışan Kamran Şahsuvarlının rəqibi Qayanalı Desmond Amsterdam, 81 kq-da yarışan Rauf Rəhimovun rəqibi isə Malayziyalı Hafidz Adli Mohdu olacaq.

Hər üç idmançımız yarışa 1/8 final mərhələsindən start verəcək.

Qeyd edək ki, ötən gün yarışlara qoşulan boksçumuz Məhəmmədrəsul Məcidov ilk görüşündə qazaxıstanlı Nurlan Saparbayı məğlub edib.

AzVision.az


Teqlər: Boks   İslamiada  





Xəbər lenti