Boksçumuz İslamiadaya qələbə ilə başladı - Yenilənib

Boksçumuz İslamiadaya qələbə ilə başladı - Yenilənib
  12 May 2017    Oxunub:2264
Boksçumuz Məhəmmədrəsul Məcidov +91 çəki dərəcəsində 1/8 final mərhələsində Qazaxıstan idmançısı Nurlan Saparbayla qarşılaşıb.
İdmançımız 5:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. O, 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşəcək. Qarşılaşma mayın 15-də olacaq.

***
IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına start verilib.

AzVision.az xəbər verir ki, boks yarışları “Baku Crystal Hall”da təşkil olunub.

İlk yarış günündə 60 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcələrində boksçular mübarizə aparırlar.

Turnirin rəsmi açılış günündə bir boksçumuz rinqə çıxacaq. İkiqat dünya çempionu Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) mübarizəyə dörddə bir finaldan qoşulacaq. M.Məcidovun ilk rəqibi Qazaxıstan boksçusu Nurlan Saparbay olacaq.

Qeyd edək ki, final görüşləri mayın 18-də olacaq.

AzVision.az


Teqlər: Boks   İslamiada  





Xəbər lenti