Hamilə olduğu deyilən idmançı millidən niyə qovulub?

Hamilə olduğu deyilən idmançı millidən niyə qovulub?
  12 May 2017    Oxunub:7042
Xəbər verdiyimiz kimi, ötən gün mətbuatda İslam Oyunlarına hazırlaşan atlet Xumar Məmmədovanın komandadan qovulması haqda qalmaqallı məlumat yayılıb. Onun 8 aylıq hamilə olduğu, bunu gizlədərək məşqlərə qatıldığı deyilir.
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev növbəti dəfə bu məsələ ilə bağlı AzVision.az-a açıqlama verib.

Qurum rəsmisi bildirib ki, Xumar Məmmədova komandadan idman prinsiplərinə görə uzaqlaşdırılıb.

“Mən federasiya rəhbərliyi və məşqçi heyəti ilə danışdım. Onlar cavabı belə oldu ki, Xumar Məmmədova idman göstəricilərinə görə yarışlarda iştirak etməyəcək. Xumar Məmmədovanın çəkisində ondan daha güclü idmançımız var. Ona son ana qədər şans verilmişdi ki, İslam Oyunlarında bizə medal qazandıracaq səviyyədə olub-olmadığı yoxlanılsın. Məşqlərdə məlum oldu ki, Xumar Məmmədova bizə medal qazandıracaq səviyyədə deyil. Sadəcə olaraq geniş heyət olaraq onun adı siyahıya salınmışdı. Hazırda onun yerinə başqa bir idmançı Fidan Əbdürrəhmanova cəlb olunub”, -deyə Kənan Məstəliyev vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Federasiya   Atlet  





Xəbər lenti