Millimiz “Bakı-2017”də ilk qələbəsini qazanıb

Millimiz “Bakı-2017”də ilk qələbəsini qazanıb
  12 May 2017    Oxunub:1456
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının qrup mərhələsinin oyunları davam edir.
II turda A qrupunda yer alan Azərbaycan və Səudiyyə Ərəbistan milliləri qarşılaşıblar. "Bayıl Arena"da gərgin və qarşılıqlı hücumlar şəraitində keçən oyun Azərbaycan futbolçularının qələbəsi ilə başa çatıb - 2:0.

Bununla Azərbaycan aktivinə 4 xal yazdıraraq qrupda liderliyi ələ keçirib.

Xatırladaq ki, birinci turda Azərbaycan və Kamerun arasında keçırılən oyunda tərəflər meydandan sülhlə ayrılıb - 0:0.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixlərində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

AzVision.az


Teqlər: İslamiada   Milli  





Xəbər lenti