Fransa hökuməti istefaya göndərildi - (VİDEO)

Fransa hökuməti istefaya göndərildi - (VİDEO)
  11 May 2017    Oxunub:2495
Fransanın baş naziri Bernar Kaznev və ölkə hökuməti prezident seçilən Emmanuel Makronun səlahiyyətlərini icra etməyə başlamazdan əvvəl istefaya gedib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kaznev bildirib.

“Konstitusiya Şurası rəsmi olaraq prezident seçkilərinin nəticələrini elan etdiyindən Respublika ənənələrinə uyğun olaraq mən özümün və hökumətin istefaya getdiyini elan edirəm”.

Fransanın hazırki prezidenti Fransua Olland hökumətin istefasını qəbul edib. Yeni baş nazir və onun hökumətinin üzvləri gələn həftə təyin olunacaq.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Fransa   Hökumət   İstefa  





Xəbər lenti