Güləşçimiz ermənini məğlub etdi - Video

Güləşçimiz ermənini məğlub etdi - Video
  06 May 2017    Oxunub:2915
Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə Avropa çempionatının dördüncü yarış günündə Azərbaycan güləşçiləri 1 gümüş, 1 bürünc medal qazanıblar.
AzVision.az xəbər verir ki, 125 kq çəkidə mübarizə aparan Cəmaləddin Məhəmmədov ardıcıl olaraq Belçika, Ermənistan və Slovakiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra finala yüksəlib. Lakin həlledici qarşılaşmada o, türkiyəli rəqibi Taha Akgülə uduzaraq, 2-ci yeri tutub.

70 kq çəkidə Ruslan Dibirhacıyev isə ilk görüşündə italiyalıya uduzsa da, rəqibinin finala yüksəlməsi ilə təsəlliverici görüşə vəsiqə qazanıb. O, moldovalı və Rumıniya təmsilçilərinə qalib gəlrək çempionatı 3-cü pillədə başa vurub.

Qadın güləşçilər Nataliya Sinişin (58 kq) və Elis Manolova (69 kq) bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər. Bununla belə, bu növ üzrə Azərbaycan yığması 1 qızıl, 2 bürünc medalla ümumi komanda hesabında Rusiyadan sonra ikinci olub.



AzVision.az


Teqlər: güləş  





Xəbər lenti