Stadnik 6-cı dəfə Avropa çempionu oldu

Stadnik 6-cı dəfə Avropa çempionu oldu
  03 May 2017    Oxunub:1528
Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı start götürüb.
Azərbaycan Güləş Federasiyasından AzVision.az-a verilən məlumatına görə, ilk yarış günündə 57 və 86 kq sərbəst, 48 və 63 kq çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparıb.

Qadın güləşçilərin yarışında isə 48 kq-da mübarizə aparan 5 qat Avropa çempionu və ilk Avropa Oyunlarının qalibi Mariya Stadnik finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq Polşa, Türkiyə və Rumıniyadan olan rəqiblərini tam üstünlüklə məğlub edən Mariya finala yüksəlib.

Həlledici görüşdə Ukrayna idmançısı İlona Semkiv üzərində vaxtından əvvəl qələbə qazanan Mariya Stadnik Avropa çempionatının 6-cı dəfə qızıl medalına sahib olub.

AzVision.az


Teqlər: Güləş   Stadnik  





Xəbər lenti