"Gözümdən qan axırdı, heç nəyi görmürdüm" - Kliçko
“Mənim zərbəmdən sonra onun ayağa qalxa biləcəyini düşünmədim. Hesab edirdim ki, rəqibin enerjisi tükənib. Amma növbəti raundlarda o özünə gələ bildi. Coşuanı nakauta sala bilərdim. Qələbə qazanacağıma əmin olduğum üçün tələsmədim. Yarışın sonlarında qan gözümün içinə axmağa başladı. Artıq heç nəyi görmürdüm” - Kliçko deyib.
Qeyd edək ki, ötən gün Londonda keçirilən döyüşdə qalib 11-ci raundda müəyyən edilib.
41 yaşlı Kliçki 12 raundluq döyüşün 11-ci raundunda Coşuaya texniki nokautla uduzub. Ukraynalı boksçu bu dəfə də 2006-cı ildə (IBF) və 2011-ci ildə (WBA) sahib olduğu iki mötəbər versiya üzrə çempion titullarını qaytara bilməyib.
27 yaşlı Entoni Coşua üçüncü dəfə İBF versiyasında dünya çempionu titulunu qoruya bilib. O, hələ professional rinqdə məğlub olmayıb. 19 qələbənin hamısını nokautla qazanıb.
AzVision.az