Mikayıl Cabbarov: "Bu suala heç kim cavab vermir" (VİDEO)

Mikayıl Cabbarov: "Bu suala heç kim cavab vermir" (VİDEO)
  01 May 2017    Oxunub:3083
"Hazırda ibtidai siniflərdə təhsil alan şagirdlərin 65 faizi gələcəkdə elə yerlərdə çalışacaqlar ki, onlar indi mövcud deyil".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov 2016-cı ildə görülən işlərə dair hesabat tədbirində deyib. Onun sözlərinə görə, bu rəqəm Dünya İqtisadi Forumunun təhlilinə əsaslanır.

“Bu, təhsil işçiləri qarşısında intellektual nöqteyi-nəzərindən çox maraqlı, mürəkkəb məsələni formalaşdırır. Belə olduğu halda, peşələrin mövcud olmadığı dövrdə təhsil sahəsində şagird hansı peşə üçün hazırlanmalı və hansı bilik bacarıqları mənimsəmələdir? Bu suala heç kim cavab vermir. Bu sualın cavabını həmkarlarımızla birgə axtarırıq. May ayında İqtisadiyyat Nazirliyi ilə memorandum imzalanması nəzərdə tutulur. Bu, ölkənmizin təhsil sahəsinin əmək bazarı və iqtisadiyyatı üçün buraxdığı məzunların əmək bazarında dəyərini artırmaq üçün əhəmiyyətlidir”.



M.Cabbarov eyd edib ki, çeviklik, İT sahəsində bacarıqlar, regional və yaxud qlobal miqyasda əhəmiyyət kəsb edən xarici dil üzrə biliklərin verilməsi onlar üçün əmək bazarında hər zaman iş yerlərinin mövcud olmasına şərait yaradacaq.

“Xarici dilin tədrisində ilk dəfə xarici dil üzrə dərsliklərin yerli mütəxəssislər tərəfindən deyil, dil daşıyıcıları olan ölkələrdə, institulardan hazırlanan və universal şəkildə məktəblərdə istifadə olunan dərsliklərin istifadə imkanına baxırıq. Bu istiqamətdə islahatlar gələcəkdə də davam edəcək. Bu tədris ili xüsusi əhəmiyyət kəsb edən ildir. Bu il 9-cu sinfi yeni məzmunla təhsil alan şagirdlərimiz bitirir. Bu, həm təhsil sistemi, həm qiymətləndirməni həyata keçirən Dövlət İmtahan Mərkəzi üçün yeni çağırışlardır. Biz bunun tərəfdarıyıq ki, ali təhsilə qəbul üçün qiymətləndirmə bazası genişlənsin və bu istiqamətdə məktəblərlə iş aparılsın”.

Nazir qeyd edib ki, idarəetmədə təkmilləşmə kadr islahatları ilə məhdudlaşmamalıdır: “Ali təhsil sistemində və digər təhsil pillələrində son illər idarəetmənin qarşısında duran məsələlərin vacibliyi, əhatə dairəsi artıb. Bu ilk növbədə universitetlər tərəfindən müstəqil şəkildə maliyyə təsərrüfatlarının qurulmasından irəli gəlir. Artıq bir neçə ildir ki, ali təhsil müəssisələri qarşısında duran məsələ yalnız akademik vəzifələr deyil, həm də tələbə hazırlığı, təhsilin məzmununun qiymətləndirmə prosesi, maliyyə-iqtisadi çətinliklərin həlli ilə bağlıdır. Bu gün ölkəmizin təhsil bazarına regional və yaxud qlobal universitetlərin daxil olmasını görürük. Bu, birbaşa şəkildə baş verir. Xaricdə təhsilin əlçatan olması onu göstərir ki, uzun və orta müddətdə ali təhsilin rəqabət mühiti qoruyub saxlanılacaqsa, biz öz universitetlərimiz o rəqabət üçün hazırlamalıyıq. Ali təhsil müəssisələrinin, ümumi təhsil müəssisələrinin maliyyələşməsində bu il azalmalar baş verib. Çıxış yolumuz mövcud olan resurslardan faydalı və optimal şəkildə istifadə etməkdir. Təhsilin keyfiyyətinin azadılmaması üçün zəruri resurslar səfər edilməlidir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Mikayıl-Cabbarov  





Xəbər lenti