“Su Festivalı” Gəncədə - Foto+Video
Aprelin 19-u səhər saatlarında su səyahətinin Gəncə mərhələsinə dağların qoynuna sığınan füsunkar gözəlliyə malik Göygöldən start verilib. Sərbəst güləş üzrə 2012-ci il London Olimpiadasının, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qızıl mükafatçısı Toğrul Əsgərov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov, Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin IV sinif şagirdi Aysu Salahova “Bakı-2017”nin misdən hazırlanmış su qabını mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdirilmək üçün Göygölün suyu ilə doldurublar.
Mərasim axşam saatlarında Heydər Əliyev Parkındakı Amfiteatrda keçirilən Su festivalı tədbiri ilə davam edib. Tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Oyunların ulduz səfiri, əməkdar artisti Tünzalə Ağayeva gəncəliləri təbrik edib, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara uğurlar arzulayıb.
Qeyd edək ki, ilk olaraq su səhəngi Prezident cənab İlham Əliyev tərəfindən doldurularaq Gəncə şəhərinə təqdim olunub. Göygöldən doldurulan səhəng isə sakinlər tərəfindən Bakıya sola salınıb.
AzVision.az
Teqlər: Gəncə SuFestivalı