Rafael Ağayev yenə birinci oldu

Rafael Ağayev yenə birinci oldu
  20 Aprel 2017    Oxunub:2378
“Qəbələ” idman klubunun karateçisi Rafael Ağayev növbəti uğurunu qazanıb.
Dəfələrlə dünya və Avropa çempionu olan idmançımız bu dəfə Mərakeşin paytaxtı Rabatda fərqlənib. O, 34 ölkədən 384 idmançının qatıldığı karate üzrə Rabat Premyer Liqasının qalibi olub.

Yarışda 75 kiloqram çəki dərəcəsində çıxış edən Rafael Ağayev bütün rəqiblərini məğlub edib. Bununla da karateçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

AzVision.az


Teqlər: RafaelAğayev   Çempion   Karate  





Xəbər lenti