Ronaldo yenə tarix yazdı - Video

Ronaldo yenə tarix yazdı - Video
  19 Aprel 2017    Oxunub:1988
Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.
AzVision.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

“Real” öz meydanında “Bavariya”nı sınağa çəkib. 90 dəqiqənin sonunda ümumi hesab bərabər olduğundan, qalibin müəyyənləşməsi üçün əlavə vaxt oynanılıb. Burada isə “Kral klubu” daha iki qol vuraraq matçı 4:2 hesablı qalibiyyətlə başa vurub və yarımfinala vəsiqə qazanıb.



Madridin digər təmsilçisi “Atletiko” isə səfərdə “Lester”lə qarşılaşıb. İngiltərə çempionu səfərdəki minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, matç 1:1 hesablı bərabərliklə yekunlaşıb. Bununla da “Atletiko” adını yarımfinala yazdırmağı bacarıb.


Qeyd edək ki, Çempionlar Liqasında 1/4 final mərhələsinə isə bu gün keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.

Çempionlar Liqası
1/4 final, cavab oyunları
19 aprel


22:45. “Barselona” (İspaniya) - “Yuventus” (İtaliya)
İlk oyun - 0:3

22:45. “Monako” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya)
İlk oyun - 3:2

Kənan Məmmədov
AzVision.az


Teqlər: ÇempionlarLiqası  





Xəbər lenti