İrəvanda etiraz aksiyası: "Sarkisyan üzr istəməlidir" (VİDEO)

İrəvanda etiraz aksiyası: "Sarkisyan üzr istəməlidir" (VİDEO)
  13 Aprel 2017    Oxunub:3925
Ermənistanın paytaxtı İrəvanda qeyri-döyüş şəraitində öldürülən, lakin cinayətlərin üstü açılmayan əsgələrin anaları etiraz aksiyası keçirib.
AzVision.az xəbər verir ki, hökumət binasının qarşısında keçirilən etiraz aksiyası zamanı əsgər anaları övladlarının qatillərinin tapılaraq cəzalandırılmasını tələb ediblər.

"Cinayət işləri özünəqəsd adı altında bağlanır. Real cinayətkarlar cəzasız qalır. Biz baş nazirin ofisinə gedirik, o bizi qəbul etmir və deyir ki, nüdafiə nazirinin qəbuluna gedək. Müdafiə naziri Viqen Sarkisyan isə məsələdən xəbərsiz olduğunu bildirir. Bəs onda niyə o vəzifəni tutur? O üzr istəməlidir",- deyə övladını itirən valideynlərdən biri söyləyib.

Etirazçılar müdafiə nazirinin onlara hörmətsizlik etdiyini deyir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Etiraz   İrəvan   Sarkisyan  





Xəbər lenti