Bu qurğu televizorunuzu kompüterə çevirəcək

Bu qurğu televizorunuzu kompüterə çevirəcək
  29 Avqust 2013    Oxunub:1429
Ophelia istənilən ekranı fərdi kompüterə çevirir.
“Dell” şirkəti Android əməliyyat sistemi əsasında idarə olunan Ophelia qurğusunu - “kompüter-fləş”i sınaqdan keçirib. Ophelia HDMI (High-Definition Multimedia Interface) girişi vasitəsilə monitora yaxud televizora qoşulur və ekranı fərdi kompüterə çevirir.

Android əməliyyat sistemi əsasında idarə olunan kompüter vasitəsilə proqram yükləmək, oyun oynamaq, film izləmək, musiqiyə qulaq asmaq mümkündür. İnternetə qoşulmaq üçün qurğu Wi-Fi, periferiya qurğularının qoşulması üçün isə Bluetooth ilə təchiz edilib.

Yeni kompüterin oktyabrın sonunda satışa çıxarılacağı gözlənilir. Onun dəyəri təxminən 100 dollar təşkil edəcək.

S.Həsənova
Azvision.az



Teqlər:  





Xəbər lenti