Gecə yağış yağacaq

Gecə yağış yağacaq
  28 Fevral 2013    Oxunub:2826
Qərb küləyi əsəcək
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 3-6, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin gecə və səhər dumanlı, çiskinli, gündüz qərb rayonlarından başlayaraq yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti