“Qarabağ” “Qəbələ”ni uda bilmədi

“Qarabağ” “Qəbələ”ni uda bilmədi
  10 Aprel 2017    Oxunub:1298
Bu gün Topaz Premyer Liqasının 25-ci turunun ikinci matçında çempionatın liderləri qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda çempionatın lideri Ağdamın “Qarabağ” klubu ikinci pillədə qərarlaşan “Qəbələ”ni qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda hesab açılmayıb – 0:0.

Bununla komandalar arasındakı 4 xallıq fərq dəyişməyib.

Qeyd edək ki, turnir cədvəlinə 52 xalla “Qarabağ” başçılıq edir. “Qəbələ” liderdən 4 xal geri qalır. Üçüncü pillədə qərarlaşan “İnter”in isə 42 xalı var.

AzVision.az


Teqlər: Qarabağ   Qəbələ  





Xəbər lenti