Növbəti İslam Oyunları Türkiyədə keçiriləcək

Növbəti İslam Oyunları Türkiyədə keçiriləcək
  06 Aprel 2017    Oxunub:1819
Növbəti V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.
AzVision.az-ın məlumatına görə, bu barədə qərar Bakıda işə başlayan İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasında verilib. Tədbir iştirakçıları növbəti Oyunların 2021-ci ildə Türkiyənin İstanbul şəhərində təşkilinə qərar veriblər.

Türkiyənin gənclər və idman naziri Akif Çağatay isə deyib ki, Azərbaycanda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı bütün işlər yüksək səviyyədə həyata keçirilir.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda təşkil olunacaq.

AzVision.az



Teqlər: İslamHəmrəyliyiOyunları   Türkiyə   Azərbaycan  





Xəbər lenti