İnsanların fikrini oxumaq mümkün oldu

  28 Avqust 2013    Oxunub : 565
İnsanların fikrini oxumaq mümkün oldu
Xüsusi proqram vasitəsilə insanların fikirləri hərfən oxunacaq
Niderlandın Neymeqen Universitetinin mütəxəssisləri insanların fikirlərini hərfən oxumağa imkan verən texnologiya hazırlayıblar. Bunun üçün maqnit-rezonans tomoqrafiyası və xüsusi proqram təminatına malik kompüterdən istifadə olunur. Xüsusi alqoritm insanların müəyyən mətni oxuyarkən hansı hərfə baxdığını təyin etməyə imkan verir. Alimlər əmindirlər ki, bir müddət sonra bu texnologiyadan təkcə mətnləri deyil, təsvirləri də tanımaq üçün istifadə etmək mümkün olacaq.

Teqlər: