Aprel döyüşlərinin qəhrəmanı: O, ailəsini yox, vətəni seçdi... (VİDEO+FOTOLAR)

Aprel döyüşlərinin qəhrəmanı: O, ailəsini yox, vətəni seçdi... (VİDEO+FOTOLAR)
  01 Aprel 2017    Oxunub:35107
1996-cı ildə Bakı şəhərində anadan olan Emin Bağırov uşaq yaşlarından hərbçi olmağı arzulayırdı. Atası bu istəyinə qarşı çıxsa da, o, hərbi formanı geyinəcəyi günü səbrsizliklə gözləyirdi. Emin Milli Qəhrəman Mübariz İbrahimovu özünə kümir seçmişdi.



Ailəsi buna inanmır, bəlkə də inanmaq istəmirdi. Amma Emin Mübariz kimi qəhrəmanlıq göstərib, vətəni uğrunda şəhid olacağını, düşməndən qisasımızı alacağını deyirdi. O, digər həmyaşıdları kimi sevmək, ailə qurmaqdam çox şəhid olmağı arzulayırdı...



2014-cü ildə 182 saylı orta məktəbi bitirəm Emin həmin ilin oktyabr ayında hərbi xidmətə yollanıb. Üç ay Lənkəranda yerləşən hərbi hissədə qulluq etdikdən sonra Beyləqanda kəşfiyyatçı kimi xidmətini davam etdirib. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin kurslarından bacarıqla keçərək arzuladığı peşəyə yiyələnib.

Emin komandirlərinin “ailə, yoxsa vətən?” sualına tərəddüt etmədən “öncə vətən, sonra ailə” deyə cavab verib və aprel döyüşlərinə yollanıb...



Ordumuzun şanlı aprel qələbəsində əvəzsiz rolu olan 20 yaşlı Emin Mübariz İbrahimov kimi qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.

O, prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilib.



AzVision.az aprel döyüşlərinin ildönümü ilə əlaqədar şəhid Emin Bağırovun həyatından bəhs edən material hazırlayıb.

Gəlin, qəhrəmanımızı yaxından tanıyaq:



Müxir: Anar Kəlbiyev
Foto:Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Qalereya




Teqlər: Apreldöyüşü   Şəhid   Qarabağ  





Xəbər lenti