Baş direktor: İslam Oyunlarına gələnlər xərclərini özləri ödəyəcək

Baş direktor: İslam Oyunlarına gələnlər xərclərini özləri ödəyəcək
  30 Mart 2017    Oxunub:1803
“IV İslam Həmrəyliyi Oyunlarına gəlməklə bağlı müəyyən dəstəyə ehtiyacı olan ölkələrə donor qurumlar yardım edəcək”.

AzVision.az xəbər verir ki, bunu ölkələrin IV İslam Həmrəyliyi Oyunlarının əməliyyatlar üzrə baş direktoru Mayk Loynd "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə tərəfdaşlığa dair sazişin imzalanma mərasimində deyib. Onun sözlərinə görə, Oyunlara gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan qarşılamayacaq.

“İştirakçı ölkələrin əksəriyyəti səfər xərclərini özləri ödəyəcəklər. Burada Azərbaycan tərəfinin heç bir məsuliyyəti olmayacaq".

AZAL-ın vitse-prezidenti Eldar Hacıyev isə deyib ki, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları bizim ölkəmiz üçün təkcə idman yarışı deyil, eyni zamanda mühüm tarixi tədbirdir.

Qeyd edək ki, Azərbaycan Hava Yolları" aviaşirkəti Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının növbəti rəsmi tərəfdaşı olub. Bakı-2017 Oyunları Əməliyyat Komitəsi və "Azərbaycan Hava Yolları" QSC arasında rəsmi tərəfdaşlığa dair saziş imzalanıb.
MDB məkanında aparıcı hava şirkətlərtindən olan Azərbaycan Hava Holları QSC (AZAL), 19 Ölkədə 40 istiqamət üzrə uçuşlar təşkil edir.

Böyük Britaniyanın aviaşirkətlər üzrə xidmət səviyyəsini qiymətləndirən "Skytrax"konsaltinq şirkəti AZAL-ı "4 Ulduz" reytinqinə layiq görülüb.

IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda keçiriləcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: İslamOyunları  





Xəbər lenti