I sinfə qəbul 14 günə yekunlaşır

I sinfə qəbul 14 günə yekunlaşır
  27 Avqust 2013    Oxunub:1307
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə görə (2.5-ci bənd), ümumtəhsil məktəblərinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər.

Təhsil Nazirliyindən AzVision.az -a verilən məlumatına görə, uşaq məktəb yaşına çatmadıqda, əqli və fiziki inkişafında qüsurlar müəyyən edildiyi halda, ümumtəhsil məktəbinə götürülməyə bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən (19.12-ci bənd), xüsusi istedada malik uşaqlar daha erkən yaşdan I sinfə qəbul oluna bilər. Bununla əlaqədar Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar mövcuddur. Həmin qaydalara görə, vaxtından əvvəl I sinfə qəbul hər il 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərində tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir. Hazırda təhsil şöbələri (idarələri) nəzdində yaradılmış komissiyalar tərəfindən həmin uşaqların I sinfə qəbulu məsələsinə baxılır.

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə əlaqədar seçim mövcud qaydalara görə, sentyabrın 10-dək davam edəcəkdir. Həmin müddət başa çatdıqdan sonra qəbul edilmiş uşaqların sayı barədə dəqiq rəqəm müəyyən olunacaqdır.

Nihadə EYYUBOVA


Teqlər:  





Xəbər lenti