Bakı Madridlə mübarizə aparacaq

Bakı Madridlə mübarizə aparacaq
  15 Mart 2017    Oxunub:6188
Çempionlar Liqasının 2018/19 mövsümünün final oyunu üçün namizədliyini irəli sürən Bakının əsas rəqibi İspaniyanın Madrid şəhəridir.
AzVision.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

E.Məmmədov bildirib ki, tələbə əsasən, Bakı Olimpiya Stadionuna əlavə 2 min yer quraşdırılacaq: "Çempionlar Liqasının finalını keçirməyə Bakının namizədliyi irəli sürülüb. Bir rəqibimiz var, o da Madriddir. Olimpiya Stadionumuzun namizədliyini irəli sürmüşük. UEFA-nın tələbinə əsasən, ÇL-in finalını keçirən stadion minimum 70 min azarkeş tutumuna malik olmalıdır. Olimpiya Stadionu isə 68 minlikdir. Lakin işlərə başlayıb, tribunaların sayını artıracağıq. Daha 2 min yer əlavə olunacaq.

Avropa Liqasında isə bizim stadionumuz rəqiblərlə müqayisədə tələblərinə daha yaxşı cavab verir. Burada şansımız daha çoxdur. Bunu AVRO-2020-nin 4 oyununa bir hazırlıq kimi keçirmək istəyirik. Çempionlar Liqasının tələblərinə uyğun olaraq, hava limanımız gün ərzində 200 çarter reysini qəbul etməyə hazır olmalıdır. İyun ayında son tender sənədlərini təqdim edəcəyik. İyul və avqust ayında isə UEFA-nın ekspertləri gəlib baxacaq. Bundan sonra müvafiq qərar qəbul ediləcək. Rövnəq müəllimin dediyi kimi, UEFA-nın İcraiyyə Komitəsinə namizədliyim irəli sürülüb. 28 ölkəyə səfər edib, seçki proqramımı təqdim etmişəm”.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti