Elmar Qasımov gümüş medal qazandı

Elmar Qasımov gümüş medal qazandı
  12 Mart 2017    Oxunub:1580
Azərbaycan cüdoçusu Elmar Qasımov Bakıda keçirilən “Böyük dəbilqə” beynəlxalq turnirinin gümüş medalını qazanıb.

100 kiloqram çəki dərəcəsində mübarizə aparan Rio Olimpiadasının ikincisi olan E.Qasımov turnirdəki görüşlərinə dörddəbir final mərhələsindən başlayıb. O, israilli Peter Paltçik ilə qarşılaşmada rəqibindən üstün olaraq yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə komanda yoldaşı Elxan Məmmədovu məğlub edən E.Qasımov yarışların finalına yüksəlib. Həlledici qarşılaşmada idmançımız Niderland cüdoçusu Mixael Korrelə “Qızıl xalla” məğlub olaraq turnirin gümüş medalına yiyələnib.

AzVision.az


Teqlər: Cüdo   Medal  





Xəbər lenti