Hollandiyada saxlanılan nazir İstanbula qayıdıb

Hollandiyada saxlanılan nazir İstanbula qayıdıb
  12 Mart 2017    Oxunub:3353
Türkiyənin ötən gün Hollandiyada saxlanılan ailə işləri və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Almaniyanın Köln-Bonn hava limanından İstanbula yola düşüb.

AzVision.az xəbər verir ki, nazir xüsusi təyyarə reysi ilə Türkiyəyə qayıdıb.

Xatırladaq ki, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin eniş icazəsini ləğv etdikdən sonra Fatma Betül Sayan Kaya avtomobillə Almaniyadan Rotterdama gəlmişdi.

Nazir onu gözləyən insanlarla görüşmək üçün konsulluğa getməyi planlaşdırırdı. Lakin polis diplomatik missiyaya gedən bütün keçidləri və yolları bağlayaraq ona mane olmuşdu.

AzVision.az


Teqlər: Türkiyə   Hollandiya   Nazir  





Xəbər lenti