Xərcləri Qətər çəkdi, qalib millimiz oldu
Robert Prosineçkinin komandası Qətər yığmasının qonağı olub. Doha şəhərində "Əl-Sədd" stadionunda keçən görüş Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 2:1.
Hər 3 qol fasilədən sonra vurulub. 53-cü dəqiqədə Tərlan Quliyev hesabı açıb. Bundan 3 dəqiqə sonra meydan sahibləri bərabərlik qolunu vurub. Lakin 63-cü dəqiqədə Araz Abdullayev oyunda son nöqtəni qoyub.
Qeyd edək ki, millimizin Qətər yığması ilə Dohada keçiriləcək yoldaşlıq oyununda iştirakı üçün bütün xərcləri Qətər Futbol Assosiasiyası tərəfindən ödənilib.
AzVision.az