Millimizin bütün xərclərini Qətər ödədi

Millimizin bütün xərclərini Qətər ödədi
  09 Mart 2017    Oxunub:2023
Millimizin Qətər yığması ilə Dohada keçiriləcək yoldaşlıq oyununda iştirakı üçün bütün xərcləri Qətər Futbol Assosiasiyası tərəfindən ödənilib.

AzVision.az-ın məlumatına görə, bu barədə AFFA-nın saytı məlumat yayıb. Bu gün Doha şəhərindəki Al Sadd stadionunda Qətər və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu Qətər Futbol Assosiasiyasının xahişinə əsasən, televiziyada yayımlanmayacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

AzVision.az


Teqlər: Milli   Futbol   Azərbaycan  





Xəbər lenti