Türkiyə millisi Bakıya gəlir

Türkiyə millisi Bakıya gəlir
  09 Mart 2017    Oxunub:2156
Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları zamanı futbol idman növündə mübarizə aparan səkkiz komandanın adını açıqlayıb.
AzVision.az xəbər verir ki, ev sahibi Azərbaycan olmaqla, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair komandaları futbol idman növündə qələbə uğrunda mübarizə aparacaqlar. Hər bir futbol komandası 23 yaşına kimi futbolçulardan təşkil olunub, lakin bununla yanaşı, yaşı 23-dən yuxarı olan 3 nəfər də heyətin sıralarında oynaya bilər.

İlkin olaraq 4 yığma komandanın ikisindən birinə cəlb ediləcək komandalar o qrupda digər tərəfə qarşı oynayacaq. Hər bir qrupun iki ən yaxşı komandası yarım-finala çıxacaq, qızıl və gümüş medal uğrunda mübarizə aparacaq. İki uduzan komanda isə bürünc medal üçün yarışacaq.

Futbol yarışları 16 matçdan ibarət olacaq və Bayıl Arenada, Dalğa Arenada, Tofiq Bəhramov adına Stadionda və Azal Arenada keçiriləcək. 8 may tarixində yarışları yığcam formatda təşkil etmək məqsədilə birinci tur oyunlarda səkkiz komanda iştirak edəcək. 18-21 may tarixlərində baş tutacaq yarım-final və final oyunlarının Tofiq Bəhramov adına stadionda keçirilməsi planlaşdırılır.

Bakı 2017 İdman üzrə Direktor Mark Haniban Azərbaycanda hər zaman futbola böyük maraq göstərib. Əminəm ki, IV İslam Həmrəyliyi oyunları zamanı da futbol oyunu azarkeşlərin diqqətində olacaq. Cəmi 16 matçdan ibarət yarış elə planlaşdırılmışdır ki, komandalar sonuncu mərhələlərdə lazımi vaxt qazanaraq, yarım final və final oyunlara hazırlaşa bilsinlər. Biletlərə tələbatın çox olması gözlənilir. Əminəm ki, Azərbaycan azarkeşləri yalnız öz komandalarını deyil, Bakıya təşrif buyuracaq digər ölkələrin də ulduz futbolçularını dəstəkləyəcəklər.”

Futbol yarışına biletləri 19 mart tarixindən etibarən Bakı 2017 veb saytından, yaxud Bakının müxtəlif yerlərindəki 12 satış məntəqəsindən əldə etmək olar.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Türkiyəmillisi   Bakı  





Xəbər lenti