AFFA "AZAL"ı cərimələyib

AFFA "AZAL"ı cərimələyib
  07 Mart 2017    Oxunub:1212
AZAL klubunun futbolçusu Alamadine Omega Roberts 3 oyunluq cəzalanıb.
AzVision.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında 28 yaşlı liberiyalı futbolçunun diskvalifikasiya olunmasına dair qərar çıxarılıb.

Komitə Azərbaycan Premyer Liqasının XXI turunun “Kəpəz” - AZAL matçının videoyazısını izlədikdən sonra əcnəbi futbolçunun rəqib oyunçuya qarşı aqressiv hərəkətə yol verdiyini təsbit edib. Bu səbəbdən A.Roberts 3 oyunluq cəzalanıb və kluba 2 400 manat cərimə kəsib.

Həmçinin Hakimlər Komitəsinin "Kəpəz" - AZAL görüşünün baş hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırmasına dair qərar verilib.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan "Kəpəz" - AZAL oyununu referi Orxan Məmmədov idarə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti