Almeyda millinin düşərgəsindən ayrılıb

Almeyda millinin düşərgəsindən ayrılıb
  07 Mart 2017    Oxunub:1567
“Qarabağ” klubunun üzvü Riçard Almeyda millinin məşqində iştirak edib.
AzVision.az AFFA-nın saytına istinadən məlumat verir ki, R.Almeyda Azərbaycan milli komandasının məşqində iştirak etdikdən sonra millinin düşərgəsindən ayrılıb.

Xatırladaq ki, R.Almeyda milli komandanın ab-havasını hiss etmək, adaptasiya prosesinin başlanması məqsədilə baş məşqçi Robert Prosineçki tərəfindən toplanışa dəvət olunmuşdu.

R.Almeydanın Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FIFA-nın qərarının növbəti aylarda açıqlanması gözlənilir.

AzVision.az


Teqlər: “Qarabağ”klubu   RiçardAlmeyda  





Xəbər lenti