AFFA "Qəbələ"ni 38 min manat cərimələyib

AFFA "Qəbələ"ni 38 min manat cərimələyib
  02 Mart 2017    Oxunub:1530
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, iclasda Premyer Liqanın 20-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub. Belə ki, fevralın 28-də Premyer Liqanın XX turunun “Qarabağ” – “İnter” matçının 86-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

“Kəpəz” – “Qəbələ” matçı ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

- Oyunun 38-ci dəqiqəsində “Kəpəz” klubunun 17 №-li futbolçusu Nicat Qurbanov rəqibə əl ilə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub;

- Oyunun 38-ci dəqiqəsində “Qəbələ” klubunun 7 №-li futbolçusu Nika Kvekveskiri rəqib futbolçuya əl atdığına görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub;

- Oyunun I hissəsi bitdikdən sonra “Qəbələ” klubunun rəsmi şəxsləri Zaur Əzizov və Səbuhi Səfiyarlı hakimlər briqadasının ünvanına qeyri-etik ifadələr işlətdiklərinə görə hər iki şəxsin oyun zamanı, oyundan əvvəl və sonra stadionun dəhlizinə, soyunub-geyinmə otaqlarına girişinə 5 oyun qadağa qoyulub, klub 8000 manat cərimə olunub;

- “Qəbələ” klubunun rəsmi şəxsi Səməd Nəsibov hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə stadiona və ona bitişik ərazilərə girişinə 10 oyun qadağa qoyulub, klub 8000 manat cərimə olunub;

- “Qəbələ” klubunun rəsmi şəxsi Səbuhi Qarayev hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona və ona bitişik ərazilərə girişinə qadağa qoyulub, klub 16000 manat cərimə olunub;

- “Qəbələ” klubunun həkimi Namiq Hüseynov hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb, klub 4000 manat cərimə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti