Avropa Liqası: 3 klub növbəti mərhələdə

Avropa Liqası: 3 klub növbəti mərhələdə
  23 Fevral 2017    Oxunub:2052
Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib. İlk oyun günündə 3 qarşılaşma keçirilib.

İstanbulda “Fənərbağça” Rusiyanın “Krasnodar” komandasını qəbul edib və oyun 1:1 hesabı ilə başa çatıb. Öz meydanında Türkiyə təmsilçisi üzərində 1:0 hesablı qələbə qazanmış “Krasnodar” səkkizdəbir finala vəsiqə qazanıb.

Almaniyanın “Şalke” və İngiltərənin “Mançester Yunayted” klubları da növbəti mərhələyə keçən tərəf olublar. Bu klublar müvafiq olaraq PAOK (Yunanıstan) və “Sent Etyen”i (Fransa) mübarizədən kənarlaşdırıblar. “Şalke” öz meydanında Yunanıstan klubunun müqavimətini qıra bilməsə də (1:1), səfərdə qazandığı 3:0 hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıb. “Mançester Yunayted” isə öz meydanında olduğu kimi (3:0), səfərdə də “Sent-Etyen”i məğlub edib – 1:0.

Mərhələnin digər görüşləri fevralın 23-də keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti