Millimiz Avropa kubokunda birinci oldu

Millimiz Avropa kubokunda birinci oldu
  20 Fevral 2017    Oxunub:2127
İspaniyada yeniyetmələr arasında Avropa kubokuna yekun vurulub.

Yarışın sonuncu günü Azərbaycan milli komandası üçün uğurlu olub. Cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanıblar.

Ölkəmizi təmsil edən Məhəmməd Abdullayev (90 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Digər idmançımız Adil Kərimli (90 kq) yalnız final görüşündə qələbəni əldən verib və gümüş medala layiq görülüb.

Xatırladaq ki, yarışın ilk günü Azərbaycan milli komandasının üzvləri 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Vüsalə Kərimova (40 kq) bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medallarına sahib olublar. Knyaz Mahmudlu (66 kq) gümüş, Nazir Talıbov isə Avropa kubokunun bürünc medalına yiyələniblər.

Bununla da, 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında Avropa kubokunda birinci olub.

Qeyd edək ki, 21 ölkədən 423 idmançının (234 oğlan, 189 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 16 cüdoçu (12 oğlan, 4 qız) ilə təmsil olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti