`Formula 1`ə ən çox bilet alan ölkələr açıqlandı
Bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim jurnalistlərə açıqlamasında deyib.
“Ötən il 22 həftədə bilet satışında əldə olunan göstəriciyə hazırda 10 həftədə nail olmuşuq. Bu günədək 40 ölkədən biletlər alınıb. Onların 60 faizi xaricdən, 40 faizi Azərbaycandan alınıb. Xaricdən ən çox bilet alan ölkələr Rusiya, İngiltərə, Ukrayna, Almaniya, Hollandiya, Gürcüstan, Qazaxıstan, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləridir. Hələ ki bu ölkələr xaricə satılan biletlərin 80 faizini alıblar”,-deyə Bülent Özərdim bildirib.
AzVision.az
Teqlər: