AFFA bir neçə klubu cəzalandırıb
Bir neçə kluba cərimə və cəza kəsilib. AZAL–“Qarabağ” matçının 45+3-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu üzdən malili bir oyun cəzalanıb, klubu isə 200 manat cərimə olunub.
“Zirə”–“Kəpəz” oyununda meydan sahiblərinin 5, qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib. Görüşün 28-ci dəqiqəsində “Zirə”nin üzvü Meza Kolli, 90+3-cü dəqiqəsində “Kəpəz”in oyunçusu Renan Da Silva aqressiv davranışa görə, birbaşa qırmızı vərəqə alıblar. Hər iki futbolçu 2 oyun cəzalanıb, klublar 1600 manat cərimə olunub.
“Qəbələ” isə “Neftçi” ilə qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat ziyana düşüb.
AzVision.az
Teqlər: