Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər
  03 Fevral 2017    Oxunub:2810
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı namizədliyini irəli sürüb.
AzVision.az xəbər verir ki, AFFA UEFA-ya müraciətində qeyd olunan turnirlərin həlledici qarşılaşmasının keçirilməsi üçün Bakı Olimpiya Stadionunu təklif edib. Hər iki oyunun keçirilməsi üçün namizədliyi irəli sürmüş bütün stadionların siyahısını diqqətinizə çatdırırıq:

UEFA Çempionlar Liqası

Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
İspaniya – Madrid – Estadio Metropolitano

UEFA Avropa Liqası

Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
Gürcüstan – Tbilisi – Dinamo Arena
Almaniya – Frankfurt – Frankfurt Stadion
Almaniya – Ştutqart – Arena Stuttgart
Şotlandiya – Qlazqo – Hampden Park
İspaniya – Sevilya - Estadio Ramon Sanchez Pizjuan
Türkiyə - İstanbul – Beşiktaş Arena

UEFA-nın İcraiyyə Komitəsi hər iki turnirin final oyununun keçiriləcəyi stadionlarla bağlı qərarı bu ilin sentyabr ayında qəbul edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti