Ronaldinyo yenidən `Barselona`da

Ronaldinyo yenidən `Barselona`da
  03 Fevral 2017    Oxunub:2196
Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Ronaldinyo “Barselona” futbol klubunun səfiri təyin olunub.
Bu barədə Kataloniya klubu məlumat yayıb. Bildirilib ki, məşhur futbolçu ilə razılığa gəlinib və Ronaldinyo qarşıdakı illərdə “Barselona”nı müxtəlif tədbir və mərasimlərdə səfir kimi təmsil edəcək. “Barselona”nın yeni reklam üzü olacaq Ronaldinyo klubun dünya üzrə təşkil etdiyi keçmiş futbolçularla oyunlarda da meydançaya çıxacaq.

Dünyanın ən yaxşı yarımmüdafiəçiləri arasında göstərilən 36 yaşlı “sambaçı” 2003–2008-ci illərdə “Barselona”da forma geyinib.

AzVision.az


Teqlər:





Xəbər lenti