`Partiya sədrləri cangüdənlə gəzir` - Siyavuş Novruzov

`Partiya sədrləri cangüdənlə gəzir` - Siyavuş Novruzov
  01 Fevral 2017    Oxunub:3554
Milli Məclisdə illik maliyyə hesabatını ağ kağız kimi təqdim edən partiyalarla bağlı məsələ qaldırılıb.
AzVision.az-ın verdiyi xəbərə görə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov bildirib ki, bəzi siyasi partiyalar maliyyə əməliyyatlarını gizlədirlər.

Komitə sədri qeyd edib ki, həmin partiya sədrləri cangüdənlə gəzirlər: “Bəs o cangüdənləri hansı pulla maliyyələşdirir? Onlar hava ilə dolanmır ki? Bununla bağlı Milli Məclis tədbir görməlidir, qərar qəbul etməlidir”.

S.Novruzov daha sonra qeyd edib ki, mobil rabitə ilə bağlı çox ciddi problemlə üzləşib: “Axşamlar xaricdən telefonlarımıza zənglər gəlir. İnformasiya təhlükəsizliyi məsələsinə görə, bunun araşdırılmasına ehtiyac var. “Ərəb baharı”nda da belə hallar baş verirdi. O zaman müxtəlif adamların telefonlarına zəng gəlirdi, sonra kəsilirdi. Bu, yoxlanışdır, bir imtahandır. Milli Məclis rəhbərliyindən xahiş edirəm, bu məsələ araşdırılsın”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti