İlham Əliyevin Qətərə səfəri gözlənilir

İlham Əliyevin Qətərə səfəri gözlənilir
  31 Yanvar 2017    Oxunub:1422
"İkitərəfli münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, bu, Qətər xarici işlər nazirinin Azərbaycana ilk səfərdir"
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni ilə birgə Bakıda keçirdiyi mətbuat konfransında deyib.

"Cənab nazir səhər saatlarında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul olunub. Bu gün həmçinin Azərbaycan-Qətər ikitərəfli müştərək komissiyanın iclası keçiriləcək. Mən qətərli həmkarımı Dağlıq Qarabağ münaqişəsinə dair məlumatlandırdım. Bundan əlavə Azərbaycanda Qətər günlərinin keçirilməsinə dair müzakirələr aparılıb. Turizm də daxil olmaqla iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib. "Qətər Airways"in uçuşlarının sayının artırılmasına dair razılıq əldə olunub".

Məmmədyarov bildirib ki, ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı imkanlar var. XİN rəhbəri Azərbaycan prezidentinin Qətərə səfər edəcəyini istisna etməyib.

"Biz hazırda Azərbaycan prezidentinin Qətərə səfərini hazırlayırıq. Bu gün ikitərəfli əməkdaşlığa dair bir sıra sənədər imzalanacaq. İki ölkə strateji məsələlərdə ortaq mövqe göstərir. İnanıram ki, bütün sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar var. Bura kənd təsərrüfatı, enerji və s daxildir. Mən, həmçinin Dağlıq Qarabağ münaqişəsininin həllində verdiyi dəstəyə görə Qətərə öz təşəkkürümü bildirmək istəyirəm".



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti