Maşallah Əhmədov məhkəmə zalında həbs olundu

Maşallah Əhmədov məhkəmə zalında həbs olundu
  30 Yanvar 2017    Oxunub:15097
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
AzVision.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə M.Əhmədov son söz deyib.

Müşavirədən sonra M.Əhmədova hökm oxunub. Məhkəmənin hökmü ilə o, məhkəmə zalında həbs olunub, 8 il müdddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti