Sürücülər, ehtiyatlı olun! - DYP-dən qar xəbərdarlığı (VİDEOXƏBƏR)

Sürücülər, ehtiyatlı olun! - DYP-dən qar xəbərdarlığı (VİDEOXƏBƏR)
  28 Yanvar 2017    Oxunub:3919
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
DYP-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi sürücülərin nəzərinə çatdırır ki, istifadə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusilə avtomobillərin şinlərinə bir daha diqqət yetirsinlər, günün axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaların tələbinə (minik avtomobilləri üçün 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır) uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verməsinlər.

Sürücülərə şaxtalı, qarlı hava şəraitində qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmələri, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürüətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.

Mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bunlardan əlavə avtomobillərin zəncir və dartı kəndiri ilə də təchiz olunmasını təmin etməlidirlər.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti