Ali məktəblərə ixtisas seçimi başa çatır

Ali məktəblərə ixtisas seçimi başa çatır
  22 Avqust 2013    Oxunub:1290
Bu gün ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başa çatır.

TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, indiyə qədər artıq 9606 şəxs ixtisas seçimi edib.

Bunlardan 2695-i I qrup, 1429-u II qrup, 4808-i III qrup, 680-i isə IV qrupa sənəd verən abituriyentlərdir. Məlumatda bildirilir ki, abituriyentlər bu günün sonuna kimi həm ali məktəblərin, həm də kolleclərin ixtisaslarını seçmək hüququna malikdirlər.

Qeyd edək ki, ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi avqustun 18-dən başlayıb.


AzVision.az


Teqlər:  





Xəbər lenti