Nazir kök polislərə arıqlamaq tapşırığı verdi - (VİDEOXƏBƏR)

Nazir kök polislərə arıqlamaq tapşırığı verdi - (VİDEOXƏBƏR)
  24 Yanvar 2017    Oxunub:5376
Tacikistanın daxili işlər naziri Ramazon Rəhimzoda artıq çəkidən əziyyət çəkən polis əməkdaşlarına arıqlamaq tapşırığı verib.
AzVision.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, jurnalistlərə açıqlama verən nazir bildirib ki, polis əməkdaşı kökəldiyi zaman onun iş qabiliyyəti azalır: “Əməkdaşlarımızın çəkiləri beynəlxalq boy və çəki nisbəti cədvəlinə uyğun olmalıdır”.

DİN rəhbəri qeyd edib ki, xüsusi komissiya tapşırığın icrasına nəzarət edəcək.

Qeyd edək ki, Tacikistanın daxili işlər naziri Ramazon Rəhimzoda idmanla aktiv məşğul olur. O, həftə ərzində ən azı iki dəfə 3 km kross qaçır.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti