`İslam Həmrəyliyi ili` ilə əlaqədar tədbirlər planı hazırlanır

`İslam Həmrəyliyi ili` ilə əlaqədar tədbirlər planı hazırlanır
  20 Yanvar 2017    Oxunub:1409
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olunması ilə əlaqədar tədbirlər planı üzərində iş gedir.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, bununla əlaqədar Baş nazirin müavini Əli Əhmədovun yanında ayrı-ayrı qurumların rəhbərlərinin müşavirəsi keçirilib:

“Hazırda hər bir qurum tərəfindən “İslam Həmrəyliyi ili” ilə əlaqədar təkliflər göndərilir. Bu təkliflər üzərində işləndikdən sonra cənab Prezidentə təqdim olunacaq və tədbirlər planı təsdiq olunacaq. Tədbirlər planı təsdiq edildikdən sonra həm Azərbaycanda, həm də Azərbaycandan kənarda müxtəlif tədbirlər həyata keçiriləcək. Tədbirlər planında bütün sahələr nəzərdə tutlub”.

Komitə sədri əlavə edib ki, İslam həmrəyliyi dedikdə bunu yalnız dini məsələlərə bağlamaq düzgün deyil: “İslam həmrəyliyi bütün istiqamətləri, o cümlədən iqtisadiyyatı, mədəniyyəti, humanitar məsələləri, beynəlxalq təşkilatlar, o cümlədən İslam təşkilatları çərçivəsində fəaliyyəti, eyni zamanda ayrı-ayrı İslam ölkələri arasında əməkdaşlığı, həmçinin radikal qruplara qarşı birgə mübarizənin aparılmasını, bu mübarizənin koordinasiya olunmasını və digər bütün məsələləri nəzərdə tutur”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti