Bakıda Xəzərin statusu müzakirə olunacaq

Bakıda Xəzərin statusu müzakirə olunacaq
  20 Yanvar 2017    Oxunub:1430
"Xəzərin hüquqi statusu ilə bağlı komissiyanın iclası yanvarın sonunda Bakıda keçiriləcək"
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib ki, iclas nazirlərin görüşünə hazırlıq xarakteri daşıyacaq: "Eyni zamanda konvensiya layihəsinin razılaşdırılmamış məsələləri üzrə iş aparılacaq. Təbii ki, sammitin 2017-ci ildə keçirilməsi üçün hazırıq işlərinə dair məsələlər də müzakirə olunacaq".

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti