Türkiyə səfirliyi 20 Yanvarla bağlı bəyanat verib

Türkiyə səfirliyi 20 Yanvarla bağlı bəyanat verib
  19 Yanvar 2017    Oxunub:1108
Türkiyənin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə bağlı bəyanat yayıb.

Səfirlikdən AzVision.az-a verilən bəyanatda bildirilir ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin önəmli dönüş nöqtələrindən biri olan 20 Yanvar qətliamı yaddaşlardan silinməyəcək: "Azərbaycanlı qardaşlarımızın vücudunu tanklara qarşı sipər edərək inamla apardığı mübarizə əsla unudulmayacaq.

Bu gün bölgəmizdə sabitlik və rifahın önəmli bir qalası olan Azərbaycanın istiqlalı uğrunda 27 il əvvəl həyatlarını qurban verən şəhidlərimizi rəhmətlə anır, hər zaman olduğu kimi Azərbaycanla tam həmrəy olduğumuzu vurğulamaq istəyirik".

AzVision.az


Teqlər:





Xəbər lenti