20 Yanvar şəhidlərinin `Vikipedia`sı yaradılıb

20 Yanvar şəhidlərinin `Vikipedia`sı yaradılıb
  19 Yanvar 2017    Oxunub:1632
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının əməkdaşları tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin "Vikipedia" səhifəsi yaradılıb.
Mərkəzi Elmi Kitabxanadan AzVision.az-a verilən məlumatda deyilir ki, səhifədə 146 şəhiddən 85-i haqqında məlumat əksini tapıb.

Həmin məlumatların beynəlxalq ictimaiyyətə təqdim edilməsi üçün ingilis və rus dillərinə tərcüməsi də planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti