Erməni əsgər Qarabağda hərbi xidmətdən imtina edib - (VİDEOXƏBƏR)

Erməni əsgər Qarabağda hərbi xidmətdən imtina edib - (VİDEOXƏBƏR)
  18 Yanvar 2017    Oxunub:10936
18 yanvar 01:50 radələrində Baqratşen nəzarət-keçid məntəqəsində Harri A adlı Ermənistan vətəndaşı saxlanılıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 1990-ci il təvəllüdlü şəxs polis idarəsinə aparılıb.

Məlumata görə, o, 2015-ci ildə qondarma “Dağlıq Qarabağ Respublikası”nın (DQR) Xankəndi Hərbi Komissarlığı tərəfindən axtarışa verilib. Onun hərbi xidmətdən yayındığı bildirilir.

Qeyd edək ki, bu, ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi xidmətdən yayınmasına dair ilk fakt deyil. Belə faktlar dəfələrlə erməni KİV-ləri tərəfindən işıqlandırılıb. Bütün bunlar onu göstərir ki, erməni gənclər Qarabağda məcburi hərbi xidmət etmək istəmirlər.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti